DÜNYANI DƏYİŞƏN GÜN - AŞURA

Verilişdə Aşura qiyamının tarixdəki təsirlərindən söhbət açılıb.

Hacı Şahinin cavablandırdığı suallar:

 

1. İmam Hüseyn (ə) niyə Yezidə beyət etmədi? Söhbət yalnız bir şəxsin başqa bir şəxsə tabe olmamasından gedir, yoxsa burada daha dərin mənalar gizlənir? İki zidd tərəf – İmam Hüseyn (ə) və Yezid nəyin simvollarıdır?

 

2. İmam Hüseyn (ə) nəyə görə, hansı dəyərlərin uğrunda qiyam etdi?

 

3. Niyə İmam Hüseyni (ə) Kərbəlada tək qoydular? Niyə o həzrətin səsinə səs verənlər bu qədər az oldu?

 

4. Sizin fikrinizcə təziyə məclislərimizdə maarifləndirməyə daha çox diqqət yetirmək lazımdır, yoxsa faciənin təsvirinə?

 

Hacı Arif Buzovnalının cavablandırdığı suallar:

 

1. Cəmiyyətin islahında, insanlara müsbət dəyərlərin aşılanmasında mühərrəm ədəbiyyatının rolunu necə dəyərləndirirsiniz?

 

2. Mühərrəm ədəbiyyatının xarakteri və növləri barədə qısa məlumat verin.

 

3. Hətta sovet hakimiyyəti də xalqımızın yaddaşından mühərrəmlik mərasimini çıxara bilməyib. Bunun səbəbini nədə görürsünüz? Aşura qiyamındakı bu bərəkət haradandır?

 

4. Təziyə məclislərimizdə klassik şeirlərə üstünlük verilməsini daha məqsədəuyğun sayırsınız, yoxsa müasir nümunələrə?

 

Hacı Valeh Nəsirovun cavablandırdığı suallar:

 

1. Təəssüf ki, bəzən Aşura faciəsini iki nəslin düşmənçiliyi şəklində təqdim etməyə çalışırlar və “iki əmoğlunun savaşından bizə nə?” deyirlər. Bəziləri isə deyir ki, İmam Hüseyn (ə) hakimiyyət uğrunda mübarizə aparıb. Bu sözlərə münasibətiniz necədir?

 

2. Tarixdə çox qiyamlar və çox faciələr baş verib. Bəs niyə yalnız Aşura faciəsinin ildönümü hər il qeyd edilir?

 

3. Aşura hərəkatının özündən sonrakı tarixə hansı təsirləri olmuşdur?

 

4. İmam Hüseyn (ə) hərəkatından hansı ibrətli səhnələri xüsusi xatırlatmaq istərdiniz?

 


© Copyright 2016 qlobal.tv - Bütün hüquqları qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.
TV Portal Script və Texniki dəstək