Şahin Həsənli

Adı Soyadı : Şahin Həsənli

Hacı Şahin 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitiribdir. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub, 1999-cu ildə həmin müəssisədə təhsilini bitiribdir.

2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edibdir. 1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçiribdir. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edir.

Bildiyi dillәr: Azərbaycan dili, Ərəb dili, Fars dili, Rus dili

© Copyright 2016 qlobal.tv - Bütün hüquqları qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.
TV Portal Script və Texniki dəstək