Ağarəşid Talıbov

Adı Soyadı : Ağarəşid Talıbov

Ağarəşid Qiyas oğlu Talıbov 22 dekabr 1975-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Azərbaycanda əsl ata-baba yurdu Lənkəranın Xərxatan kəndidir.  Dördüncü babası Hacı Mirtalıb oradan Boradigah qəsəbəsinə köçmüşdür. Lənkəranda Cil ocağı adıyla məşhur olan ziyarətgah onun Seyyid babalarının qəbridir. Onun nəsil şəcərəsi dördüncü İmam - İmam Zeynulabidinə (ə) çatır, ona görə də Hüseyni seyyidlərindəndir. 1992-ci ildə ADPU-nun riyaziyyat-fizika fakültəsinə daxil olub. Uşaq yaşlarından (1985-ci ildə) Quran oxumağı öyrənmiş və 1998-ci ildə Dəməşq şəhərinin Seyyidə Zeynəb (ə) məntəqəsinə yollanır və 2007-ci ilə qədər orada təhsil alır. 2006-2011-ci illərdə Bakı İslam Universtitetini qiyabi bitirib. 2008-ci ildən Moskvada və Azərbaycanda dini fəaliyyətlə məşğuldur. Moskvada yerləşən LMİ ve Azərspace sputnikinin vasitəsi ilə yayımlanan İnterAZ telekanalının təklifi ilə iki sənədli filmin ssenari müəllifidir. İsmət çırağı- xanım Zəhra (ə) haqqında, Bəşəriyyətin xilaskarı-İmam Mehdi (ə) barəsində.

© Copyright 2016 qlobal.tv - Bütün hüquqları qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.
TV Portal Script və Texniki dəstək