Mütəllim Əliyev

Adı Soyadı : Mütəllim Əliyev

Mütəllim Əliyev 1983-cü ildə Abşeron rayonu Görədil kəndində anadan olub. 1989-cu ildə şəhid İlqar Yusifov adına Görədil kənd orta məktəbinə daxil olub. 2000-ci ildə həmin bu məktəbi  bitirib. Elə həmin ildə Bakı İslam Universitetinə daxil olub. 2005-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2006-cı ildə hərbi xidmətdən qayıtmışdır. 2007-ci ildən 2010-cu ilə  qədər Görədil Hərbi İstirahət Evində mühafizəçi vəzifəsində çalışmışdır. 2010-cu ildən bu günə kimi Görədil kənd Əbdürrəhman məscidində icma sədri kimi fəaliyyət göstərir. Ailəlidir, bir övladı var.

© Copyright 2016 qlobal.tv - Bütün hüquqları qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.
TV Portal Script və Texniki dəstək